Mingəçevirdə qadını əməliyyat etdilər, tənzifi qarış boşluğunda unutdular

OXUNUB: 183 Özəl DÜNYA

Mingəçevir şəhər prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

RƏYLƏR