Mingəçevirdə şagird vəfat edib

OXUNUB: 628 HADİSƏ
 
 
Mingəçevirdə musiqi məktəbinin 7-ci sinif şagirdi İbadova Şövkət Ceyhun qızı vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, şagird Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində təhsil alırmış.
Aldığımız məlumata görə Şövkət İbadova Mingəçevir Texniki humanitar liseyində 9-cu sinifə qədər oxuyub. Liseyin direktoru Nailə Məmmədovanının bildirdiyinə görə uşaq məktəbdə təhsil alan zaman başında ağrılar olurdu. Ailəsindən bildirilib ki, həkimlər uşağın çox da yüklənməsini istəməyiblər. Ona görə də 9-cu sinifdən Şövkət Mingəçevir Texniki humanitar liseyindən çıxıb və musiqi məktəbində təhsil almağa başlayıb. O musiqi məktəbində 7-ci sinifdə təhsil alırmış.
Babası da bildirib ki, uşaqda şiddətli baş ağrıları olub. Onun sözlərinə görə Gəncə şəhərinə xəstəxanaya aparıblar və orada elə bir ciddi narahatlıq olmadığını bildiriblər. Uşaq evə gəldikdən sonra gecə saatlarında vəfat edib.


RƏYLƏR