Mingəçevirdə sərnişin avtobusu yük maşını ilə toqquşdu: 5 yaralı - ADLAR - YENİLƏNİB

OXUNUB: 1051 HADİSƏ

Mingəçevirdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, vəziyyəti ciddi olan sərnişinlərdən 4-nə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi müdaxilə olunub.

Hazırda 1955-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Rahilə Nadir qızı Həsənova, 1984-cü il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Rahim İlqar oğlu Əsədov, 1979-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Natavan Muxtar qızı Hüseynova və 2000-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sevda Cəsur qızı Hüseynovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Sevda Hüseynova artıq evinə buraxılsa da, digər üç nəfər zərərçəkmiş müalicəsini xəstəxanada davam etdirir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində təhqiqat aparılır.

Bu gün səhər saat 9 radələrində 8 saylı şəhərlərarası marşrut avtobusun "Kamaz-6511" markalı yük maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza şəhərin avtovağzaldan Yüksək Texnologiyalar Parkı istiqamətində hərəkət edən Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi "32-BC-969 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin idarə etdiyi "45-BD-212" dövlət qeydiyyat nişanlı "Kamaz"a çırpılması nəticəsində baş verib.

Hadisə zamanı avtobusun sərnişinləri arasında ciddi xəsarət alanlar olub. Onlardan 5 nəfəri dərhal Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Mingəçevirdə sərnişin avtobusu ilə "Kamaz" markalı yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb./report
 

İcmal.Az

RƏYLƏR