Mingəçevirdə uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

OXUNUB: 598 HADİSƏ

Mingəçevirdə azyaşlı uşaq evin eyvanından yıxılıb.

 

Hadisə ötən gün axşam saatlarında Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini 2009-cu il təvəllüdlü Şabanov Əli İntiqam oğlu fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Kəllə-beyin travması alan azyaşlını dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

 

Xəstəxanadan verilən məlumata görə, uşağa tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

 

İcmal.Az

 

RƏYLƏR