7NEWS.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti və N saylı Bərdə hərbi korpusunun birgə təşkilatçılığı ilə "Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd yaradıcı, istedadlı və vətənpərvər gənclərimizi tanıtmaqdır. Tədbir hərbi orkestrin hərəkəti ilə şəhərin mərkəzi küçəsindən start götürüb. İcra başçısı İlham İsmayılov "N” saylı hərbi hissənin rəhbər və bir qrup şəxsi heyəti, təhsil,müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir "Əsgərə məktub" layihəsi çərçivəsində vətən keşiyində dayanan hərbçilərə məktubların yazılması ilə başlayıb. Novruz müjdəçisisi olan Od çərşənbəsinə təsadüf edən tədbirdə, hərbi hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı nümayiş olunub. Məktəblilər tərəfindən hazırlanan kitab, rəsm, əl işləri sərgisi, idman və mədəniyyət evlərinin təqdim etdikləri milli kulinariya nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən hərbiçilər, bilik və idman yarışlarında yer tutan məktəblilər fəxri fərmanlarla təltif ediliblər. Gənclər gələcəyimiz və gücümüzdür!
Ana səhifə
/
Özəl / SOSİAL / Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”də
26.04.2024, 15:14 / Özəl, SOSİAL -
-
"Bilim hər yerdə” layihəsi Laçında
26.04.2024, 11:43 / Özəl, SOSİAL -
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
26.04.2024, 11:01 / Özəl, SOSİAL -
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
25.04.2024, 10:56 / KÖŞƏ, Özəl, SOSİAL -
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
24.04.2024, 18:05 / Özəl, SOSİAL -
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
24.04.2024, 16:42 / Özəl, SOSİAL