"Mingəçevir"in idman direktoru reanimasiyadadı: "Çanağında 3 qırıq var..."

OXUNUB: 3029 İDMAN
Qəzaya düşən "Mingəçevir"in idman direktoru Zaur Qarayev "Bona Dea" xəstəxanasında reanimasiyaya yerləşdirilib. Bu haqda Sport24.az-a klubun prezidenti Ruslan Həmidov məlumat verib. 

O, keçmiş baş məşqçisi olmuş təcrübəli mütəxəssisin son durumu haqda bizə məlumatları çatdırıb: "Həkim rəyinə görə çanağında 3 qırıq, qabırğasında əzilməsi var. Hal-hazırda reanimasiyayadı, həkim nəzarətindədi. Özündədi, dünən yanında idim, özüylə söhbətləşdim, eviylə, ailəsiylə danışdırdım. Qurban olduğumuz Allahın köməyilə yaxşı olar. Təki bundan sonra salamatçılıq olsun! Qırıqla, sınığa əməliyyat lazım deyil. Elə qırıqdı ki, özü bərpa olunacaq. Əməliyyata ehtiyac yoxdu".

Maraqlıdı, Qarayevin nə vaxt palataya köçürülməsi nəzərdə tutulub? Həmidovu dinləyək: "Həkimlər planlaşdırırlar ki, ən azı 5-6 gün reaimasiya qalacaq. İlk 3-4 gündə çox ciddi rejimdə baxılır. Növbəti həftəyə palataya köçürülməsi gözlənilir. İnşallah, yaxşı olar".

Klub prezidehti fürsətdən istifadə edərək AFFA rəhbərliynə minnətdarlığını çatdırıb: "Zaur müəllim kasıb adamdı, 5 övladı var, kirayədə qalır. Maddi baxımdan vəziyyəti çox çətindi. Başda prezident Rövnəq Abdullayev olmaqla AFFA öz dəstəyini göstərir. Özünüz də bilirsiiniz ki, "Bona Dea" necə bir xəstəxanadı". 

Xatırladaq ki, "Mingəçevir" XX turu çərçivəsində dünən "Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. Futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən olmayıb. 

RƏYLƏR