"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR

OXUNUB: 470 Özəl SOSİAL
"Əsas hədəfimiz regionda yerləşən ali məktəbi paytaxt universitetləri səviyyəsinə çatdırmaqdır”

Mingəçevir Dövlət Universitetinin rektoru, Şahin Bayramov


Cənab REKTOR Şahin Bayramovun "MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" adlı kitabı nəşr olunmuş və universitetin əməkdaşlarına təqdim olunmuşdur. Kitab "Azərbaycan müəllimi” qəzeti və Mingəçevir Dövlət Universitetinin birgə layihəsi olaraq cənab rektorun cəmiyyətə təqdim etdiyi 4 illik fəaliyyətini əks etdirən hesabatların nəticəsində ərsəyə gəlmişdir. Kitabın redaktoru "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, rəyçiləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, Əməkdar müəllim f.f.d., dosent Əsgər Quliyevdir. "Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində modern şəkildə dizayn edilərək nəşr olunmuş kitab cənab rektorun yeni dövrün universitetinə çevrilməyi hədəfləyən 2019-cu ildən 2023-cü ili əhatə edən 32 bölməni əhatə edir.  
Kitabın ön sözündə müəllifin "Dayanıqlı inkişafa töhvə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi-tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək MDU-nun əsas missiyasıdır” sitatı artıq peşəkar bir LİDERİN və komandasının olmasından xəbər verir. Onu da qeyd edərdim ki, kitab bir ali təhsil müəssisəsinin innovativ, davamlı və dayanıqlı inkişafı və idarə edilməsi üçün real təcrübə qaynağıdır. Kitabı oxuduqca, bütün səhnələr film kimi insanın gözünün önündən keçir. Cənab Rektorun universitetə təyin olunduğundan bugunə kimi əməkdaşlara ilk dəyərli tövsiyyələri bunlar olmuşdur: nəticəyönümlülüyü, öz-üzünə hesabatlılığı, çevikliyi və qiymətləndirməyi bacarın. Bölmələri oxuduqca qeyd olunan meyarların necə dəqiqliklə, ustalıqla, şəffaflıqla yazıldığının şahidi olarsınız. Hər tədris ilinin payız və yaz semestrinin sonlarında universitetdə reallaşdırılmış bütün prosesləri sosial mediyaya səliqəli, aydın və açıq formatda çatdırılması bir rəhbərin əsl peşəkarlığından, vətənə və millətinə sevgisindən, bağlılığından xəbər verir.  Kitab 294 səhifədən ibarətdir. Amma 4 ili aya günə vurub hesablasaq, hər günü hər saatı xüsusi hadisələrlə yadda qalandır. Kitabın bölmələrini aşağıdakı istiqamətlər üzrə  formalaşdırmaq olar:
Ali təhsilin modernləşdirilməsi – Kitabda universitetlərin qarşısında duran müasir çağırışlar və tələblər təhlil edilir və Mingəçevir Dövlət Universitetinin fəaliyyətini modernləşdirməklə bu dəyişikliklərə necə uyğunlaşdığı göstərilir.
Universitet idarəetməsi –  Müəllif səmərəli idarəetmə təcrübələri, strateji planlaşdırma və qabaqcıl təcrübələrdən istifadə edilməklə müasir ali təhsilin idarə edilməsi prinsiplərini müzakirə edir.
İnnovasiya və təhsilin keyfiyyəti –  Kitabda təhsildə innovasiyanın vacibliyi vurğulanır, tədrisin və təlim prosesinin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif strateji islahatlar vurğulanır.
Şəffaflıq və Hesabatlılıq – Universitet fəaliyyətində şəffaflığın və hesabatlılığın və bu şəffaflığı təşviq etmək üçün media və sosial mediadan istifadənin vacibliyi vurğulanır. 
Beynəlxalq və yerli əməkdaşlıq – Yerli və xarici universitetlərlə əməkdaşlığın, həmçinin tələbə mübadiləsi proqramları kimi beynəlxalq layihə və proqramlarda iştirakın daim diqqət mərkəzində olmasını 4 il müddətində aydın müşahidə edə bilərsiniz. Proses hazırdada davam etdirilir.
Çevik və şəffaf idarəetmədə tələbə və ictimaiyyətin iştirakı – Universitetin idarə olunması və inkişafında tələbə və ictimaiyyətin iştirakının vacibliyi vurğulanır.
Sosial yönümlü fəaliyyətlər – Müəllif universitetin cəmiyyətdəki rolunu və sosial yönümlü layihə və təşəbbüslərin həyata keçirilməsində məsuliyyətini, vəzifələrini çox aydın, izahlı şəkildə real islahatlarla, layihələrlə təqdim edir.
Davamlı inkişaf və rəqəmsallaşma – Universitet fəaliyyəti kontekstində davamlı inkişaf və rəqəmsallaşma konsepsiyaları daim diqqət mərkəzində olduğu kitabın ilk səhifəsindən sonuna kimi vurğulanır.
Gənclərin vətənpərvər ruhda inkişafı və formalaşması üçün mühitin yaradılması daim diqqət mərkəzindədir.
Əziz dinləyicilər, kitabı oxuduqca Mingəçevir Dövlət Universitetinin müasir, innovativ və sosial məsuliyyətli, müasir dünyanın çağırışlarına səmərəli cavab verməyə və cəmiyyətə fayda gətirməyə qadir bir qurum olmaq istəyindən xəbər verir. UGURLAR CƏNAB REKTOR! 

tex.f.d. A.M.Mustafayeva
İnformasiya texnologiyaları kafedrasının müdiri 
 


 
 

RƏYLƏR