Mişahin: Unitaz-adamlara tüpürüb keçmək də olar - VİDEO

OXUNUB: 630 SOSİAL

AŞPA-da olan nümayəndələrimizin bir-iki saçı uzun suray xanım qarşısında özünü bir az ehtiyatlı və ya qismən ürkək aparması mənə çatmadı.

İcmal.Az xəbər verir ki, bunu "Real” TV-nin efirində telekanalın rəhbəri Mirşahin Ağayev "Mir Şahinin vaxtı” proqramında deyib. 

"Mən düşünürdüm ki, Azərbaycanın konkret olaraq düşmənləri ilə bir ideoloji barrikadanı paylaşan Orduxan, Tural kimi əl-ayaq və dümbül yığını dərhal Azərbaycan xalqı adından rəmzi tüpürcəyə qonaq ediləcək.

Dövlətimizi, xalqımızı biabır etdiklərinə, xalqımızın imicinə özünəməxsus zir-zibil yapışdırdıqlarına görə. Amma o adamcıqların qarşısında, bağışlayın məni, səhv etsəm, amma mənə elə gəldi ki, bizimkilərdə - bir özünə bəraət qazandırmaq cəhdi var.

Siqaretini təcili söndürüb ərazini tərk edən millət vəkillərimiz, məncə, qarşı tərəfə onların layiq olmadığı hörməti göstərdi. Gərək ki, Səməd Seyidov idi, unitaz-adamlardan birindən soruşdu ki, mən sizin haqqınızda nəsə demişəm?

Axı, bu, evrounitazların davamları özlərini o ki var batırıblar ki, sizə yanaşanda rəmzi olaraq burnunuzu tutub keçə bilərdiniz, ay Səməd müəllim! Bir az kreativ olun. Hər dəfə cavab vermək lazım deyil. Məsələn, tüpürüb keçmək də olar”.

İcmal.Az

RƏYLƏR