Misir Aralıq dənizində yeni təbii qaz ehtiyatı aşkar edib

OXUNUB: 553 Özəl DÜNYA
Misirin neft və mineral ehtiyatlar naziri Tarek əl-Molla Misirin Aralıq dənizində böyük təbii qaz ehtiyatı tapdığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Misir Aralıq dənizində böyük təbii qaz ehtiyatı aşkar edib. Misirin neft və mineral sərvətlər naziri Tarek əl-Mollanın verdiyi açıqlamada Zöhr yatağında aşkar edilən qaz ehtiyatının adının "Narges” olduğu bildirilib.

Nümayəndələr Palatasında Enerji Komitəsində açıqlama verən Molla, "Sərvətimiz üzərindəki suverenliyimiz ayrılmazdır. Bizim böyük bir kəşfimiz var, məbləği hələ bilinmir. Amma yaxın günlərdə açıqlanacaq. Məhsulun səviyyəsi yaxşıdır, hökumətin hüquqları və digər xarici tərəfdaşlarımızla bölüşdürülməsi təmin edilir”.

Molla açıqlamasında Ukrayna böhranı və neftin bahalaşması ilə bağlı yaşanan çətinlikləri də qeyd edib. 

7NEWS.az

RƏYLƏR