Qədim Misirin ən güclü fironu II Ramzesin üzü 3200 ildən sonra ilk dəfə göründü. Britaniya və Misir alimləri Ramzesin mumiyasını tomoqrafiya cihazı ilə skan ediblər.
7NEWS.az xəbər verir ki, tədqiqatçılar qocalma prosesini tərsinə çevirərək, II Ramzesin gücünün zirvəsində olan üzünü üzə çıxarmaq üçün yarım əsr geriyə dönüb, bu, əsl kəllə sümüyünün kompüter tomoqrafiyası əsasında fironun ilk "elmi üz rekonstruksiyası”na çevrildi.
Layihəyə rəhbərlik edən Qahirə Universitetindən Sahar Saleem, kəllə sümüyünün 3D modelini yaratdıqları nəticənin "çox yaraşıqlı" bir monarxı ortaya çıxardıqlarını söylədi.
7NEWS.az