Qahirə Universitetində 2300 il əvvəl ölən gəncin mumiyası rəqəmsal skan üsulu ilə araşdırılıb və Qədim Misirin son dövrü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
7NEWS.az xəbər verir ki, bədənində 49 gözmuncuğu ilə dəfn edilən gənc oğlanın varlı və "yüksək sosial statuslu” bir ailədən olduğu müəyyən edilib. Saleem amuletlər haqqında deyir: "Onların çoxu qızıldan, bəziləri isə yarı qiymətli daşlardan və gildən hazırlanmışdır. Bu amuletlərin məqsədi bədəni qorumaq və axirətdə həyat vermək idi".
Alimlər mumiyaya "Qızıl Uşaq" adını veriblər. 1916-cı ildə dəfn yerində tapılan mumiya o vaxtdan Qahirədəki Misir Muzeyinin zirzəmisində saxlanılır. Gənc oğlanın Kleopatranın ölümü ilə sona çatan Qədim Misirin sonuncu sülaləsi olan Ptolemeylər sülaləsi dövründə yaşadığı güman edilir.
7NEWS.az