7NEWS.az xəbər verir ki, El-İttihat və El-Ehli komandaları arasında keçirilən Basketbol Superkuboku matçında amfiteatrdakı dəmir baryerlərdən biri çöküb. Hadisəyə görə matç ləğv edilib. Misirin idman naziri Əşrəf Sübhi verdiyi yazılı açıqlamada, ilkin təsbitlərə görə, hadisənin azarkeşlər arasında baş verən dava nəticəsində baş verdiyini və məsələyə aydınlıq gətirmək üçün komissiya yaradıldığını bildirib. Səhiyyə Nazirliyi hadisə zamanı xəsarət alan 27 nəfərin xəstəxanalarda müalicə olunduğu və onların həyati təhlükəsinin olmadığı barədə məlumat paylaşıb.
7NEWS.az