7NEWS.az xəbər verir ki, Prezidentin Əfv Komissiyasının üzvləri Tarik əl-Avadi, Tariq əl-Huli və Məhəmməd Əbdüləziz Facebook hesablarında mövzu ilə bağlı açıqlama paylaşıblar. Açıqlamada amnistiya çərçivəsində 31 müvəqqəti məhbus barəsində azadlığa buraxılma qərarının verildiyi bildirilib və qeyd olunub ki, həmin şəxslərin azadlığa buraxılması üçün zəruri olan hüquqi prosedurlar prokurorluq və müvafiq qurumlarla razılaşdırılaraq həyata keçirilir. Açıqlamada 2019-cu ildən "yalan xəbər yaymaq” ittihamı ilə həbsdə olan fəal Həsən Mustafanın azadlığa buraxılacaqlar arasında olduğu bildirilib.
7NEWS.az