Misir Səhiyyə Nazirliyi qeyri-hökumət təşkilatına aid xəstəxanada baş verən yanğında ən azı 3 nəfərin öldüyünü, 32 nəfərin isə yaralandığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə xəstəxanada baş verən yanğında 3 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib. Misir Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Qahirənin Əl-Mətariyye rayonunda qeyri-hökumət təşkilatına məxsus xəstəxananın radiologiya şöbəsində yanğının baş verdiyi bildirilib.
7NEWS.az