Misirin cənubunda Əl-Minya əyalətində xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Moqaxed bildirib.
Misir KİV-i ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb. İki avtomobildə hərəkət edən yaraqlılar avtobusa atəş açıblar.
Hücum Əl-Adavva yaşayış məntəqəsinin qərbində Müqəddəs Samuili monastırı yaxınlığında baş verib. Xristianlar Beni-Sueyfdən monastıra gəlirdilər.
Misirin müdafiə qüvvələri avtobusa hücum olan rayonda axtarış aparırlar. /oxu
İcmal.Az

























