Almaniyada DÇ-2018-ə həsr olunmuş gözəllik müsabiqəsi başa çatıb.
İcmal.Az komanda.az-a istinadən xəbər verir ki, müsabiqədə mundialda iştirak edən ölkələrin təmsilçiləri yarışırlar. "Miss Mundial 2018"-in qalibi Belçika təmsilçisi Zoe Brunet olub.
18 yaşlı qalib qələbəsini belə şərh edib:
"Bu titulla qürur duyuram. Ümid edirəm ki, Belçika yığması da mənim uğurumu təkrarlayacaq və dünya çempionu olacaq".
"Miss mundial" müsabiqəsi 2006-cı ildən keçirilir. Qalib qələbəyə görə 3,5 min avro mükafat alıb.
İcmal.Az



























