MİT-in əməliyyatı zamanı FETO-çu Tacikistanda yaxalanıb

OXUNUB: 224 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) terrorizmlə bağlı axtarışda olanlar siyahısında "narıncı" kateqoriyasında olan və "silahlı terror təşkilatı FETO üzvü olmaq" maddəsi ilə axtarışda olan qaçaq Koray Vuralı Tacikistanda yaxalayaraq Türkiyəyə gətirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETO-nun rəhbərliyi ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Vural Orta Asiya və Tacikistanda təşkilatçılıq fəaliyyətini təşkil edən adlar arasında olub.

7NEWS.az

RƏYLƏR