Yunanıstanın baş naziri Mitsotakis Yaponiyaya səfəri zamanı tapdığı hər fürsətdə Türkiyəni pisləyib.
7NEWS.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda yaponiyalı həmkarı Fumio Kişida ilə görüşən Yunanıstanın baş naziri Mitsotakis Türkiyənin bölgədəki sabitliyi və təhlükəsizliyi pozduğunu, ekstremist ifadələr işlətdiyini və Yunanıstana qarşı təxribat xarakterli hərəkətlər etdiyini iddia edib. Mitsotakis "Dialoq üçün pəncərə açıqdır. Lakin biz suverenliyimizə və suveren hüquqlarımıza heç bir təhlükə ilə barışa bilmərik”-dedi.
7NEWS.az