7NEWS.az xəbər verir ki, Moldovanın müdafiə naziri Anatoli Nosatiy dUkraynadakı münaqişələr Moldova sərhədlərinə doğru istiqamətlənərsə, səfərbərlik elan oluna biləcəyini bildirib. Nosatiy TVR Moldova telekanalına müsahibəsində Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib. Ukraynaya qarşı atılan bəzi Rusiya raketlərinin Moldova ərazisi üzərindən keçdiyini qeyd edən Nosatiy bunun bir daha təkrarlanacağına dair heç bir zəmanət olmadığını, bu səbəbdən təhlükəsizlik məsələlərində Qərb tərəfdaşları, NATO və Rumıniyadan dəstək istədiklərini bildirib.
7NEWS.az