7NEWS.az xəbər verir ki, Polşa daxili işlər naziri Mariuş Kaminski Moldova polisinə silah, sursat və texnika göndərmək qərarına gəldiklərini bildirib. Kaminski sosial media hesabında verdiyi açıqlamada, "Daxili sabitliyi pozma cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın bizim köməyimizə ehtiyacı var. Bu səbəbdən Moldova polisinə çoxlu miqdarda Silah, sursat və avadanlıq göndərmək qərarına gəldim"-deyib.
7NEWS.az