Monteneqroda serblərin dəstəyini alan Milatoviç seçkilərdə qalib gəldi

OXUNUB: 196 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Balkan ölkəsi Monteneqronun yaranmasından bu yana 33 il baş nazir və ya prezident vəzifəsini icra edən Milo Cukanoviç kreslosunu itirib. Ötən gün ölkədə keçirilən seçkilərdə serblərin dəstəklədiyi Avropa Hərəkatından Jakov Milatovic 60 faiz səslə qalib gəlib.

Ölkədəki seçkiləri izləyən müstəqil Monitorinq və Tədqiqat Mərkəzinin (CEMM) paylaşdığı exit-poll nəticələrinə görə, seçkinin birinci turu martın 19-da keçirilən ikinci turda səslərin 98 faizi hesablanıb. Milatoviç 60 faiz səslə ölkənin 8-ci prezidenti seçilib.

7NEWS.az

RƏYLƏR