Moskva ABŞ və Rusiya arasındakı əsas problemi açıqladı

OXUNUB: 678 DÜNYA

"Vaşinqtonda rusofob isteriyası artıq paranoidal (həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıqdır - red.) xarakter kəsb edib”.

Bunu "RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirb.

Onun sözlərinə görə, rusofob isteriyası Rusiya və ABŞ-ın əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığının inkişafına imkan vermir, həmçinin dünyada əlavə gərginliyi təhrik edir.

"İki dövlət arasındakı münasibətlərdə həm köhnə, həm də yeni yaranan bir çox problem mövcuddur. Daha dəqiq demək, bu problemlər süni yaradılıb. Onlardan birincisi, Vaşinqton siyasi isteblişmentin tutduğu və artıq paranoidal xarakter aldığı rusofob isteriyadır”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib./publika

İcmal.Az

RƏYLƏR