Rusiyanın paytaxtı Moskva şəhərində terror xofu hələ də yaşanmaqda davam edir.
Sentyabrın 16-da da Rusiya polisi gərgin iş rejimində çalışıb. Bu gün hüquq-mühafizə orqanlarına gecə klublarından birinə və kinoteatra bomba qoyulması barədə anonim zəng daxil olub.
Daxil olan zəngdən sonra "Zvezda" kinoteatrı evakuasiya edilib. Partlayış təhlükəsi səbəbindən 150 nəfər binadan təxliyyə edilib.
Bundan başqa, paytaxtdakı 3 gecə klubundakı insanlar evakuasiya edilib. Təxliyyə edilənlərin sayı 200 nəfərdən çox olub.
Qeyd edək ki, sentyabrın 13-dən başlayaraq Moskva şəhərində hər gün terror olacağı barədə xəbərlər verilir. Anonim xəbərlərdə yalandan partlayıcı maddələrin qoyulması bildirilir. Bu səbəbdən indiyə qədər 150 minə yaxın insan evakuasiya edilib. Ümumilikdə 420 obyektdə yoxlama işləri aparılıb./olke.az
İcmal.Az

























