Moskvada 200 mindən çox müsəlman bayram namazı qıldı

OXUNUB: 801 DÜNYA

Moskvada Qurban bayramına həsr edilmiş tədbirlərdə 200 mindən çox müsəlman iştirak edib.

İcmal.Az report-a istinadən xəbər verir ki, bayram namazının qılınması üçün dindarlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşıblar.

Moskva polisinin əməkdaşları Rusiya Qvardiyası ilə birgə bayrama həsr edilmiş dini ayinlərin keçirildiyi yerlərdə təhlükəsizliyi təmin ediblər.

 

"İctimai asayişin pozulmasına yol verilməyib", - polisdən bildirilib. 

 

İcmal.Az

RƏYLƏR