Moskvada bomba həyacanı: 3 məktəb təxliyə olundu – VİDEO

OXUNUB: 1218 DÜNYA

Moskvada 3 orta məktəb təxliyə olunub.

Buna məktəblərə bomba qoyulması ilə bağlı anonim zənglərin daxil olması səbəb olub.

Məktəblərdə dərhal təxliyə həyata keçirildikdən sonra axtarışlar aparılıb.

Qeyd edək ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib.

Zənglərin heç biri öz təsdiqini tapmayıb./oxu

İcmal.Az

RƏYLƏR