Moskvada bomba qoyulması barədə zənglərə görə üç dəmiryolu vağzalı təxliyə işləri həyata keçirilib.
İcmal.Az-ın xəbərinə görə, bu barədə cümə günü, oktyabrın 6-da, Lenta.ru nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilir ki, "Rijski” vağzalı tam, "Kursk” və "Kiyev” vağzallarının isə müəyyən hissəsi təxliyə olunub.
Qeyd olunur ki, qatarların hərəkəti dayandırılmayıb.
İcmal.Az

























