Rusiyada dünəndən bəri davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt və Moskvaətrafı regionlarda iki nəfər ölüb, 22 nəfər isə yaralanıb.
10 nəfər xəstəxanaya yerləşdirilib.
327 yaşayış məntəqəsində enerji təchizatı pozulub. 47 çoxmərtəbəli, fərdi və inzibati binanın damı uçub. Aeroportlarda 300-dən çox reys gecikib, 30-dan çox reys isə ləğv edilib.
Hindometroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini açıqlayıblar. /qafqazinfo

























