Moskvada erməni diasporu büdrədi

OXUNUB: 677 DÜNYA

Bu günlərdə türk və amerikalı alimlər Moskvada ermənilərin "soyqırım” ilə bağlı miflərini məhv edəcək tarixi kitabın təqdimatını keçirib.

Amerikalı tarixçi Edvard C.Eriksonun "Türklər və ermənilər: üsyançılarla mübarizənin araşdırılması” kitabının təqdimatı ilə bağlı məlumatı İcmal.Az  saytı mayın 5-də yayımlayıb.

Bundan sonra xəbər bir çox KİV-də və sosial şəbəkələrdə paylaşılıb. 

Bu kitabın təqdimatı erməni lobbi maşınının planlarına zidd olub və buna görə də onlar bütün gücü ilə bunun baş tutmamasına çalışıb.

Rusiya ermənilərinin bu tədbiri ləğv etməsi üçün bir neçə səbəbi vardı: birincisi, bu işdə dünya ermənilərinin uzun müddətli yalanları ortaya çıxır, ikincisi, kitabın müəllifi azad amerikalı alimdir, üçüncüsü isə, bütün bunlar Rusiyada baş verəcəkdi. 

Erməni diasporunun təzyiqi ilə Moskvadakı "Kitab evi” mayın 31-nə planlaşdırılmış tədbiri təxirə saldı. Bundan başqa, təqdimatla bağlı məlumatlar "Kitab evi”nin saytından yığışdırıldı. 

Bütün bunlar o qədər tez baş verdi ki, "Kitab evi” tədbirin ləğv edilmə səbəbini açıqlaya bilmədi. 

Erməni diasporu istəyinə nail oldu. Ancaq tezliklə vəziyyət dəyişdi. Ermənilərə "xüsusi əməliyyat” üçün 25 gün lazım oldusa, onların planlarının pozulması üçün üç gün vaxt kifayət etdi. 

Kitabın təqdimatı planlaşdırılan vaxtda və planlaşdırılan yerdə baş tutdu. 

Qeyd edək ki, kitab 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin araşdırılması üçün ROSSPEN nəşriyyat evi ilə birlikdə ərsəyə gəlib. Bu kitabın layihəsi çərçivəsində amerikalı tarixçi Kastin Makkarti, türk tarixçi Esat Asrlan, Cəmaləddin Daşkıran və Omar Turanın müəllifi olduğu "Van vilayətində erməni qiyamı” adlı kitab işıq üzü gördü. 

İcmal.Az

RƏYLƏR