İcmal.Az olkə.az-a istinadən xəbər verir ki, oktyabrın 3-də Moskvanın bir neçə yerində hündürmərtəbəli yaşayış binalarında bomba olması barədə məlumatlar daxil olub. Daxil olan məlumatlara əsasən ümumilikdə 3 minə yaxın insan evakuasiya edilib.
Bundan başqa, Rusiya vaxtı ilə saat 21 radələrində ən böyük ticarət mərkəzlərindən biri olan "Arkadia”da bomba olması barədə xəbər daxil olub. Daxil olan məlumata əsasən əraziyə xilasedicilər cəlb edilib. Ticarət mərkəzinin içərisindəki "5 ulduzlu” kinoteatr da boşaldılıb.
Qeyd edək ki, sentyabrın 13-dən başlayaraq Moskva şəhərində hər gün terror olacağı barədə xəbərlər verilir. Anonim xəbərlərdə yalandan partlayıcı maddələrin qoyulması bildirilir. Bu səbəbdən indiyə qədər 200 minə yaxın insan evakuasiya edilib. Ümumilikdə 700 obyektdə yoxlama işləri aparılıb. Moskva rəhbərliyindən bildirilib ki, bu günə qədər yalançı terror xəbərlərinə görə, ümumilikdə 300 milyon rubl zərər dəyib. Bundan başqa, minlərlə insan mənəvi və psixoloji sarsıntı keçirib.
İcmal.Az

























