Moskvada qasırğadan dayanacağın arxasına gizlənməyə çalışan kişinin ölüm səhnəsi kameralara düşüb. Hadisə Kirovoqrad küçəsində baş verib.
Kişi tək olmayıb. Təbii fəlakət onları yolda haqlayıb, hər ikisi dayanacağın arxasına gizlənmək qərarına gəliblər. Bir anın içində konstruksiya küləyin təzyiqinə dözməyib və aşıb.
Onlardan biri kənara çəkilməyi bacarıb, digəri isə konstruksiyanın altında qalıb.
Videodan göründüyü kimi, şahidlər ona köməyə tələsiblər. Avtomobillər yolun ortasında dayandırılıb.
Konstruksiyanı qaldırsalar da, onun altında qalan şəxsə yardım etmək mümkün olmayıb.
65 yaşlı kişi güclü qasırğanın ilk qurbanı olub, sonradan daha on nəfərin də öldüyü barədə məlumat yayılıb.
Son məlumata görə, yaralananların sayı 140 nəfərdir./oxu
İcmal.Az

























