Moskvadan TƏHDİD: “Bu addım müharibəyə aparır”

OXUNUB: 548 DÜNYA

Varşavanın siyasəti Rusiya-Polşa sərhədində qarşıdurma yarada bilər.

Bunu Varşavada ABŞ-ın daimi hərbi bazasının yerləşdirilməsi barədə xəbərləri şərh edən Rusiyanın Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib.

Onun sözlərinə görə, bu addım regionda sabitlik üçün təhlükə yaradır. Parlament üzvü vurğulayıb ki, Rusiya müdafiə potensialının möhkəmləndirilməsi üzrə tədbir görməyə hazırdır.

Daha əvvəl Polşanın Müdafiə Nazirliyinin sənədlərinə istinadən "Politico” nəşri bildirib ki, Varşava Polşa ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılması üçün iki milyard dollar ödəməyə hazırdır. Hakimiyyətin bu addımı "Polşada ABŞ-ın daimi hərbi diviziyasına olan ehtiyacla” izah edilir.

İcmal.Az

RƏYLƏR