Moskvada meteoroloji müşahidələrin aparıldığı tarix ərzində rekord səviyyədə qar yağıb.
Fevralın 4-də, səhər saatlarında qarın qalınlığı 43 santimetrə çatıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, iki sutka ərzində Moskvaya aylıq normanın 122%-i miqdarında yağıntı düşüb.
Qar yağıntısı ilə əlaqədar ağacların aşması nəticəsində beş nəfər xəsarət alıb, bir nəfər ölüb.
Aşan ağacların sayı iki mini ötüb. Hava limanlarında 110 hava reysi təxirə salınıb./oxu
İcmal.Az

























