İraq ordusu İŞİD terror təşkilatının nəzarətində olan Mosul şəhər mərkəzinin qərb hissəsinin bəzi bölgələri geri alıb.
İcmal.Az xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən "Anadolu” agentliyi məlumat yayıb.
Ordu şəhərin mərkəzinin qərb hissəsində yerləşən "Faruk əs-sani” məhəlləsində nəzarəti təmin edib.
Döyüşlər zamanı 7 əsgərin öldüyü, 23 terrorçunun isə məhv edildiyi qeyd olunub.
İcmal.Az

























