Günel Səfərova,
"Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.
Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə
həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı
sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Azərbaycan gəncliyi yeni mərhələdə
Prezidentİlham Əliyevözünün çıxışlarında mütəmadi olaraq gənclərin
ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni
novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən
də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin
avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı
ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Bu faktor isə müstəqilliyini 26 il bundan öncə bərpa edən bir respublika üçün
mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.
Gəncliyin yeni strategiyası
Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni
nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən
proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun
nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində
bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində
təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə
rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin
fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.
2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il IAvropaOyunları,
Formula -1BakıQran Prisi və 2017-ci il IVİslamHəmrəyliyi
Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Ümumiyyətlə isə,
2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət
proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan RespublikasınınPrezidenti
yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi
üçünPrezidentMükafatının təsis edilməsi, gənclərin hərtərəfli
inkişafını stimullaşdırmaqdadır. Son illərBakıda və regionlarda istifadəyə
verilən "Gənclər ev”ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi,
asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.
İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma
prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərir. Bu amillərin
yaratdığı problemlərin müzakirəsi üçünBMTBaş katibinin müraciəti ilə
2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Ekspertlərin
fikrincə, Qlobal ForumunBakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində
təcrübə və müsbət tendensiyaların əldə edildiyinin dünya birliyi tərəfindən
etirafı sayılmalıdır.
Sadalanan amilər növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq
tərbiyəsinin gücləndirilməsi, müstəqilliyin şüurlu dərk edilməsi və dəyərləndirilməsi,
onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması,
yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri
edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli
mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və
sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində
gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər
birmənalı şəkildə qeyd edirlər ki, gənclərin dini ekstremizm, separatizm, beynəlxalq
terrorizm kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısını alan
yeni iş metodları tətbiq edilməlidir.
Dövlət proqramının əsas hədəfləri
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı özündə bütün bu
məqsədlərə çatmağın əsas hədəflərini ehtiva edir. Sənəd yeni dövrün gənclərinin
fəaliyyət strategiyası da adlandırıla bilər. Proqram Azərbaycan
RespublikasıPrezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən
hazırlanıb və qarşısına ciddi vəziflər qoyur. Məsələn, proqram ölkədə gənclər
siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində
gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ
potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq,
gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını
inkişaf etdirmək kimi məqsədlərin həyata keçirilməsini prioritet élan edir.
Burada əsas vəzifələr sırasında gənclərin azərbaycançılıq və dövlətçilik
prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, sağlam həyat
tərzi, narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, gənc
alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi,
gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq
imkanlarının artırılması və digərləri göstərilə bilər.
Sənəd həmçinin gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığı
və iştirakının stimullaşdırılmasını, könüllülük hərəkatının stimullaşdırılması
və yerlərdə intensivləşdirilməsini, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası
dialoqda iştirakının dəstəklənməsini, gənclər arasında ailə dəyərləri haqqında
və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsini nəzərdə
tutur.
Çağdaş dövrün çağırışları Azərbaycan gənci qarşısında informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadə etmək, istedadlı və yaradıcı gənclərlə
işi daha effektiv və ünvanlı qurmaq, yeniyetmə və gənclər üçün faydalı olan
maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərini hazırlamaq və
yayımlamaq kimi tələbləri də qoyur. Son illər aparılan tədqiqatlar göstərir ki,
gənc nəsil nəinki bu hədəflərə çatmaq üçün can atır, üstəlik, yeni dövrün tələblərinə
adaptasiyanı təmin edəcək qanunvericilik bazasının möhkəmləndirilməsinə
yaxından dəstək verməyə hazır olduğunu bəyan edir.
Dövlət proqramının həyata keçirilməsi üzrə hazırlanan tədbirlər planında bir
neçə mühüm istiqamət göstərilir. Onlardan biri və daha vacibi gənclərin vətəndaşlıq
və vətənpərvər təbiyəsidir. Bu istiqamət qarşıya aşağıdakı vəzifələrin həyata
keçirilməsini qoyur:
-Ümummilli liderHeydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər
arasında geniş təbliğ edilməsi,
-Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi
bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların
gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi,
-Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət hisslərinin yüksək səviyyədə aşılanması,
-Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən
intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi,
-"Gənclər Evləri”ndə interaktiv vətənpərvərlik guşələrinin yaradılması,
-Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən,
onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ
edən layihələrin həyata keçirilməsi,
-Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə
diyarşünaslığın inkişaf etdirilməsi,
-Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və
onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə
müxtəlif tədbirlərin keçirilməsi və s.
Ekspertlər bəyan edirlər ki, milli kimliyindən irəli gələn vətənpəvərlik
duyğuları onsuz da hər bir Azərbaycan gəncinə xasdır, bununla belə, ölkəyə
daxil ola biləcək yad stereotiplər və elmi-texniki tərəqqinin zərərli vərdişlərindən
gəncləri qorumaq üçün dövlət və ictimai təşkilatlar birgə səylər göstərməli, gənclərin
psixologiyasına müsbət təsir göstərəcək nümunələr təqdim olunmalıdır. Azərbaycan
ərazilərinin 20 faizininerməniişğalında olduğu indiki dövrdə bu
amil həlledici rol oynayır.
Müasir gəncə nə lazımdır?
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin
sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi
xüsusi yer tutur. Qloballaşma prosesi və mədəniyyət arasında fərqlərin sürətlə
aradan qalxdığı, milli identikliyin qorunmasının xeyli mürəkkəbləşdiyi indiki
dövrdə gənc nəslin narkomaniya, alkoqolizm və digər mənfi təsirlərdən uzaq
qalması, infeksion və qeyri-infeksion xəstəliklərdən müdafiəsi, psixoaktiv maddələrin
qəbulunun qarşısının alınması həyati bir məsələ kimi qarşıya çıxır. Bu məqsədlə
müvafiq dövlət qurumları qarşısında maarifləndirmə tədbirlərinin aparılması ilə
bağlı vəzifələr qoyulur.
Mühüm istiqamətlərdən biri də sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə
xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Bundan başqa, bu
kateqoriyadan olan gənclərin mədəni kütləvi idman tədbirlərinə cəlb edilməsi gənclərə
diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər.
Azərbaycan dövləti gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində
də əhəmiyyətli addımlar atır. Son zamanlar təkcə paytaxtda deyil, regionda
yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət
strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər
görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə
məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və
məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus
rol oynayır. Ölkə üzrə təşkil edilən əmək yarmarkalarında gənc nəslin nümayəndələrinin
işlə təmin olunması üçün geniş imkanlar yaradılır. Xüsusilə, bölgələrdə bu
problemlər daha ciddi şəkildə həll olunur ki, gənclərin miqrasiyası baş verməsin.
Şübhəsiz, bu zaman ayrı-ayrı müəssisə və təşkilatlarda gənclər üçün müəyyən
edilmiş kvota əsasında onların işə düzəlmələrinə dövlət nəzarəti gücləndirilməlidir.
Çünki, bəzi hallarda sahibkarlar tərəfindən gənclərə laqeydlik nümayiş
etdirilir və bu da onların biznes sahəsinə olan inamını xeyli sarsıdır.
Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların
qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin nümayəndələrinin ictimai həyatda
iştirakını dəstəkləmək mühüm yer tutur. Bu məqsədlə dövlət proqramında bir sıra
strateji vəzifələr müəyyən edilir. Belə ki, yaxın zamanlarda Azərbaycan Gənclərinin
VIII və IX Forumlarının keçirilməsi nəzərdə tutulur. Bundan başqa, müsabiqə yolu
ilə ölkənin "Gənclər Paytaxtı”nın müəyyən edilməsi, seçki prosesi və
seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında
maarifləndirmə işinin təşkili, gənclər təşkilatlarının fəaliyyətinin təşviqi,
bu kateqoriyadan olanlar arasında könüllülük fəaliyyətinin daha geniş təşviq
edilməsi və digər tədbirlər son nəticədə gənc nəslin ictimai proseslərdə
aktivlik dərəcəsini xeyli artırmalıdır. Xüsusilə, könüllülük fəaliyyəti daha
çox aktuallıq kəsb edir. Çünki bir neçə il ərzində Azərbaycanda təşkil edilən
bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə, idman və musiqi
yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc
nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin
yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərəkPrezidentİlham
Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər. Bu,
onların tək dövlət deyil, həm də vətən qarşısında bir xidməti oldu.
Beynəlxalq əməkdaşlıq və gənclər
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının önəmli
istiqamətlərindən biri də gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsindən
ibarətdir. Bu sahədə qarşıya qoyulan əsas hədəf beynəlxalq və regional təşkilatların
gənclər proqramları ilə əməkdaşlığının genişləndirilməsinə nail olmaqdır.
Ekspertlər müxtəlif təklifər səsləndirirlər. Həmin təkliflər dövlət proqramında
da əksini tapır. Məsələn, Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər
Forumunun Azərbaycanda keçirilməsi, xarici ölkələrdə "Azərbaycan Gəncləri
Günləri” və Azərbaycanda "Xarici Ölkələrin Gənclər Günləri”nin təşkili,
habelə, beynəlxalq təşkilatlarda gənclərin təcrübə keçmələrinin dəstəklənməsi nəzərdə
tutulan məqsədlərə çatmaq üçün mühüm faktorlar hesab olunur.
Dövlət proqramı gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi
sahəsində də təxirəsalınmaz vəzifələr müəyyənləşdirir. Gənc nəslin intellektual
inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələr
hazırlanmalı, gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların
verilməsi üzrə müsabiqələr təşkil edilməlidir. Məhz bu yolla onların sosial təşəbbüskarlığını
artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək mümkün olacaq. Mütəxəssislər
belə hesab edirlər ki, gənclərin elm, texnika və innovasiyalar sahəsinə
marağını artırmaqda televiziyaların da üzərinə böyük məsuliyyət düşür. Belə ki,
televiziya kanalları gənclərdə innovativ düşüncə tərzinin formalaşmasına xidmət
edəcək proqramlar hazırlamalı və onların intellektual potensialının üzə
çıxmasına yardım göstərməlidir. Azərbaycan dövləti bu gün elmə böyük vəsait
qoyur, başqa sözlə desək, ölkəmizdə insan kapitalı faktoruna ciddi önəm
verilir. Azərbaycanın milli iqtisadiyyatının inkişafına dair qəbul edilən yol xəritələrində
ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçidin təmin edilməsi
nəzərdə tutulur. Bu keçidin uğurla reallaşdırılmasında, şübhəsiz, gənclərin əvəzolunmaz
rolu olacaq.
Beləliklə, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının
prioritetləri ölkə gəncliyinin fəaliyyət strategiyasını müəyyənləşdirir. Artıq
bu gündən gənc nəsil onun qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün
bütün gücünü və resurslarını işə salıb. Dünyada mürəkkəb siyasi proseslərin
getdiyi və Azərbaycan torpaqlarının 20 faizinin hələ də düşmən işğalında olduğu
bir dövrdə gənc nəslin öz potensialını maksimal şəkildə ortaya qoyması
qaçılmazdır. Bu məqsədlə dövlət üzərinə düşən öhdəliyi yerinə yetirir. Beləki gənclərlə
iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin
həyata keçirilməsinin səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görülür,
gənclərə geniş fəaliyyət azadlığı təmin olunur. İndi əsas məsələ ölkə gəncinin
vətən və dövlət qarşısındakı məsuliyyətini lazımincə dərk edərək bu imkanlardan
bacarıqla yararlanmasından ibarətdir.

























