Müəllimə dolana bilmədiyi üçün özünü öldürdü

OXUNUB: 586 DÜNYA
Ermənistanda insanların yoxsuluq səbəbindən özünü öldürmə halları davam edir.
 
İcmal.Az ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə intihar hadisəsi paytaxt İrəvanda baş verib. Ermənistan mətbuatının yazdığına görə, 61 yaşlı qadın ağır yaşayış səbəbindən özünü zəhərləyib. Hadisə şahidləri bildiriblər ki, qadının meyiti günorta saatlarında evinin qabağında tapılıb. Qadının dərman içərək özünü öldürdüyü məlum olub.

Qonşuları bildiriblər ki, intihar edən qadın uzun müddətdir müəllimə işləyir. Onun kasıb olduğu və məhz elə bu səbəbdən də, canına qıydığı bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlaşması üzündən insanlar arasında intihar halları artıb. Bundan əlavə, ağır dolanışıq üzündən övladını satan ailələrin də sayında artım müşahidə olunur.
 
 
İcmal.Az

RƏYLƏR