Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

OXUNUB: 738 SOSİAL

May ayında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. 

Bu barədə İcmal.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilərlər. 

Diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslər iştirak edə bilərlər.

İcmal.Az

RƏYLƏR