“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat edib

OXUNUB: 812 DÜNYA

Misirdə "Müsəlman qardaşlar" hərəkatının sabiq başçısı Məhəmməd Mehdi Akif vəfat edib. 

İcmal.Az apa-ya istinadən xəbər verir ki, bu barədə "Al-Ahram" qəzeti xəbər verib.
 
88 yaşlı keçmiş hərəkat lideri Qahirə xəstəxanalarının birində vəfat edib.
 
Məhəmməd Mehdi Akif 2004-2010-cu illərdə "Müsəlman qardaşlar" hərəkatının rəhbəri olub.
 
Qeyd edək ki, 2013-cü ildə Misir məhkəməsi "Müsəlman qardaşlar" hərəkatının fəaliyyətini  qadağan edib və təşkilatın mülkiyyətinin müsadirə olunmasına qərar verib.

 

İcmal.Az 

RƏYLƏR