Mövqelərimizə 24 mərmi atılıb — Cəbhədə növbəti təxribat

OXUNUB: 8191 index-manşet CƏNUBİ QAFQAZ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.

İCMAL.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdənQazaxrayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdənTovuzrayonununAğdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənGədəbəyrayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtərrayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli,Horadiz,Cəbrayılrayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçininGöygöl,Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən dəSilahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

RƏYLƏR