Myanma ordusu etnik silahlı qrupların Kaçin Müstəqillik Təşkilatının ildönümü qeydləri çərçivəsində festivala döyüş təyyarələri ilə hava hücumu həyata keçirib. İlkin hesablamalara görə, 80 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, Myanmada etnik silahlı qrup olan Kaçin Müstəqillik Təşkilatının ildönümü qeyd etmələrinə qatılan müğənni və musiqiçilərin də olduğu ən azı 80 nəfərin ordunun həyata keçirdiyi hava hücumunda həyatını itirdiyi iddia edilib. Kaçin Sənətkarlar Dərnəyinin sözçüsü hərbi təyyarələrin dünən yerli vaxtla saat 20.00 radələrində 300-500 nəfərin qatıldığı qeyd etmənin keçirildiyi əraziyə 4 bomba atdığını, ölənlər arasında 2 musiqiçinin də olduğunu bildirib.
7NEWS.az