Myanmanın devrilmiş lideri Suu Kyi daha 7 il müddətinə azadlıqdan məhrum edilib

OXUNUB: 606 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, qərar 1 fevral 2021-ci il hərbi çevrilişdən sonra xunta rəhbərliyi tərəfindən həbs edilən Demokratiya Uğrunda Milli Birlik Partiyasının lideri Aunq San Suu Kyinin müxtəlif ittihamlarla mühakimə olunduğu işdə verilib. Hərbi məhkəmə Suu Kyi hökuməti dövründə bir nazirə qanunsuz olaraq helikopter icarəyə götürdüyünə görə korrupsiya ittihamı ilə 7 il həbs cəzasına məhkum edib. Son inkişafla Suu Kyinin müxtəlif cinayətlərə görə aldığı həbs cəzalarının cəmi 33 ilə çatıb. Suu Kyi əvvəllər seçki qanunlarını pozmaq, qeyri-qanuni radiolara sahib olmaq, korrupsiya, Covid-19 məhdudiyyətlərini pozmaq da daxil olmaqla 14 müxtəlif cinayətə görə məhkum edilib. Oktyabrın 12-də keçirilən və sonuncu məhkəmə iclasında Suu Kyi rüşvətxorluğa görə daha 3 il həbs cəzasına məhkum edilib.

7NEWS.az

RƏYLƏR