Bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib. O qeyd edib ki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda mediasiya təşkilatlarının və mediatorların öz marketinqini aparması qanunla müəyyən edilib və bu müəyyənlik hər bir mediasiya təşkilatının unikal öhdəliyidir. Bildiyiniz kimi, bizim peşəmiz cəmiyyət üçün yeni bir peşədir. Və bu peşə fəaliyyətinin həyata keçirilməsi zamanı mediatorların və mediasiya təşkilatlarının nüfuzu, onların ictimaiyyət tərəfindən qəbul edilənliyi çox mühümdür. Əlbəttə ki, vətəndaşlar qanunla istədikləri mediasiya təşkilatlarını və yaxud mediatoru seçə bilirlər. Belə olan halda bir sual meydana çıxır, əgər mediasiya təşkilatı və mediator tanınmırsa, onu kim seçəcək? Bax, əsl mahiyyət də bundadır. Qanun bizə mediasiya məxfiliyini qorumaqda məsuliyyətimiz olduğunu qeyd edir. Və belə olan halda mediator mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə özünün cəmiyyətə tanıtmağı bacarmalıdır. Göstərdiyi xidmətlərlə, gördüyü ictimai faydalı işlərlə, öz üzərində işləməklə.Mediasiya Şurasının sədri olaraq düşünürəm ki, vətəndaş axı niyə tanımadığı mediasiya təşkilatına və ya mediatora müraciət etsin ki? Əlbəttə ki, əgər vətəndaş tanımadığı təşkilata və mediatora müraciət etmirsə, bunun günahı yalnız mediatordadır. Vətəndaşlara tövsiyə edərdim ki, mediasiya təşkilatı və mediator seçərkən sosial şəbəkələrdə, internetdə axtarışlar aparsınlar və baxsınlar ki, hansı təşkilatın tanıtımı, xidmətləri barədə şəffaf məlumatları nə dərəcədədir. Biz mediasiya təşkilatları və mediatorlarımıza özlərinin tanıtımı ilə məşğul olmalarını, Qanundan irəli gələn marketinq fəaliyyətini icra etmələrini tövsiyə etmişik. Hətta mən özüm bir neçə dəfə mediasiya təşkilatları üçün marketinqlə bağlı təlim xarakterli görüş də keçirmişəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, mediasiya təşkilatları və mediatorlar arasında sağlam rəqabət onların göstərdikləri keyfiyyətli mediasiya xidmətlərinin marketinq yolu ilə tanıtımından asılı olmalıdır.
Ana səhifə
/
Özəl / SOSİAL / Nadir Adilov: Hər bir mediasiya təşkilatı özünü və mediatorunu tanıtmağı bacarmalıdır
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
City Garden Narimanov-da təməldən mənzillər satışa çıxdı – 18 ayadək FAİZSİZ KREDİT!
22.10.2026, 10:10 / Özəl, SOSİAL -
Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib
19.10.2026, 13:11 / Özəl, SOSİAL -
Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib
16.10.2026, 16:25 / Özəl, SOSİAL -
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
16.10.2026, 11:58 / Özəl, SOSİAL -
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
16.10.2026, 10:45 / Özəl, SOSİAL -
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək
15.10.2026, 17:00 / Özəl, SOSİAL -
Laosun Prezidenti “ASAN xidmət”də
14.10.2026, 12:35 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?
























