Nadir Qafarzadənin ailəsində ÖZƏL GÜN - FOTO

OXUNUB: 588 ŞOU-BİZNES

Müğənni Nadir Qafarzadə həyat yoldaşını evliliklərinin 25-ci il dönümü münasibəti ilə təbrik edib.

İcmal.Az xəbər verir ki, müğənni ailəsini heç vaxt heç nəyə qurban vermədiyini bildirib. O, xanımı haqqında instaqramda ürək sözlərini qeyd edib:

"1993-cü il 2 may. Evliliyimizdən artıq 25 il keçdi. Allah bütün ailələri uzunömürlü və xoşbəxt etsin. Bəzən deyirlər ki, sənətimə görə ailəmi qurban verdim, amma mən ailəmi hər şeydən üstün tutaraq uğur qazandım. Bu yolda ömür yoldaşım mənə arxa-dayaq oldu. Allah bizi ayırmasın. Amin, inşallah. Çox xoşbəxtəm ki, cəmiyyətə yararlı 2 övlad böyütmüşük. Bu, bizim uğurumuzdur”.

 

İcmal.Az

RƏYLƏR