Nardaran hadisələrinə görə tutulanlara hökm oxunur

OXUNUB: 501 HADİSƏ

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən "Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İcmal.Az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunur.

Məhkəmənin hökmü ilə dəstə başısı Elçin Qasımov 15 il mqüddətinə azxadlıqdan məhrum edilib. Hökmün oxunuşu davam edir.

Qeyd edək ki, prokuror Elçin Qasımovun 16 il, Ağaəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İcmal.Az

RƏYLƏR