NASA Yupiterdəki nəhəng burulğanların görüntülərini çəkib

OXUNUB: 387 Özəl Texnologiya DÜNYA
Günəş sisteminin xaotik planeti olan Yupiterdə baş verən nəhəng tufanlar görüntülənib. NASA-nın Juno kosmik gəmisi planetə 43-cü yaxın uçuşu zamanı qaz nəhənginin şimal qütbündə burulğanlar aşkar edib.

7NEWS.az xəbər verir ki, bu burulğanlar təxminən 50 kilometr hündürlüyə çata bilən və yüzlərlə kilometr əraziləri əhatə edən nəhəng qasırğalardır. İyulun 5-də qeydə alınan heyrətamiz görüntülər kosmik gəmi planetdən təxminən 25,100 kilometr yüksəklikdə olarkən qeydə alınıb. Yupiterin qütblərinin hər birinin özünəməxsus fırtına nümunəsi var. Cənub qütbündə hər biri Amerika qitəsi ilə müqayisə oluna bilən 7 siklon var.

7NEWS.az

RƏYLƏR