NATO Gürcüstanın dəniz limanlarında qüvvələrini yerləşdirməyəcək

OXUNUB: 891 DÜNYA

NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır.

Bunu Gürcüstanın "Rustavi 2” telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib.

O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir.

"Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq”, - deyə R. Gettemüller vurğulayıb./apa

İcmal.Az

RƏYLƏR