NATO liderləri sammitin ikinci sessiyasında iştirak ediblər

OXUNUB: 184 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ikinci iş günündə davam edir. NATO liderləri sammit çərçivəsində Şimali Atlantika Şurasının iclasının ikinci sessiyasında iştirak ediblər. İki saat yarım davam edəcəyi gözlənilən iclasın açılış nitqi ilə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq NATO tərəfdaşları Avstraliya, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Avropa İttifaqının toplantıda iştirak edən liderlərinə "xoş gəlmisiniz” deyib. 

7NEWS.az

RƏYLƏR