NATO: “Mart ayında Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüş olacaq”

OXUNUB: 425 Özəl DÜNYA
NATO-nun baş katibi Stoltenberq martın ortalarında Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüşlə bağlı prezident Ərdoğanla razılaşdıqlarını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Estoniyanın Müstəqillik Günü münasibətilə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə bu ölkəyə səfər edib. Paytaxt Tallinndə Estoniyanın baş naziri Kaja Kallas ilə üçtərəfli mətbuat konfransında danışan Stoltenberq Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra son bir ildə baş verən hadisələrdən birinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olduğunu xatırladıb. 

7NEWS.az

RƏYLƏR