NATO nüvə təhlükəsinin qarşısının alınması təliminə başlayır. Ukrayna müharibəsinin kölgəsində keçirilən təlimə 60 təyyarə qatılacaq.
7NEWS.az xəbər verir ki, NATO-nun hər il müntəzəm olaraq təşkil etdiyi "Sabit Günorta" bu il ev sahibi Belçika ilə birlikdə Şimal dənizi və İngiltərə hava məkanında reallaşdırılacaq. Oktyabrın 30-dək davam edəcək təlimə 60 təyyarə, o cümlədən Amerikanın B-52 bombardmançı təyyarələri cəlb olunacaq. Təlimdə iştirak edəcək təyyarələrə dördüncü və beşinci nəsil döyüş təyyarələri, müşahidə təyyarələri və tanker təyyarələri daxildir.
7NEWS.az