Serbiya prezidenti Aleksandr Vuçiç NATO-nun Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) Serbiyanın Kosovoya qoşun və polis göndərilməsi tələbini rədd etdiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, NATO-nun Kosovo Sülhməramlı Qüvvələri (KFOR) Kosovo ilə gərginlik fonunda Serbiyanın Kosovonun şimalına qoşun və polis yerləşdirmək istəyinə cavab verib. Serbiya prezidenti Aleksandar Vuçiç verdiyi açıqlamada KFOR-un Serbiyanın Kosovoya qoşun göndərmək istəyindən imtina etdiyini və cavabın "təsadüfən” onlara mənalı bir tarixdə, pravoslav xristianların Milad bayramını qeyd etdiyi bir vaxtda çatdırıldığını bildirib. Vuçiç açıqlamasında, "Biz hamımız bilirdik və cavabın nə olacağını gözləyirdik, mən bunu əvvəllər demişəm. Təbii ki, onlar cavab verdilər ki, Serbiya Respublikası Silahlı Qüvvələrinin Kosovo ərazisinə qayıtmasına ehtiyac yoxdur” deyə bildirib.
7NEWS.az