NATO üzvü olan 11 ölkədən Ukraynaya yeni hərbi yardım sözü verilib

OXUNUB: 193 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, NATO ölkələri Ukraynaya Rusiyanın hücumlarından müdafiə olunmaqda kömək etməyə davam edir. Estoniyanın paytaxtı Tallin yaxınlığındakı Tapa Hərbi Bazasında toplaşan Estoniya, Polşa, Litva, Latviya, İngiltərə, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri Ukraynaya yeni Hərbi Yardım vəd ediblər. Görüşdən sonra digər ölkələrin müdafiə rəsmiləri ilə birgə mətbuat konfransında Estoniyanın müdafiə naziri Hanno Pevkur: "Qərb bir yerdə qalmalı və Ukraynaya hərbi yardımla dəstək verməyə davam etməlidir. Ukraynanın ən çox ehtiyacı olan şey ağır silahlardır. Bizim hələ də ağır müharibələrimiz var" dedi. Görüşdən sonra dərc edilən birgə bəyanatda bəzi ölkələr yardım edəcəklərini açıqlayıb. İngiltərə, 600 Brimston raketi, Danimarka, 19 Fransa istehsalı SEZAR tipli haubitsa, Estoniya, minaatan, sursat, dəstək maşınları və tank əleyhinə, Latviya, Stinger hava hücumundan müdafiə sistemi, 2 helikopter və pilotsuz uçuş aparatı, Litva, zenit sistemləri və 2 helikopter, Polşa 70 min döyüş sursatı olan S-60 zenit sistemini, Çexiya yüksək kalibrli sursat, haubitsa və zirehli transportyor göndərəcək. Hollandiya Ukraynaya hərbi yardım paketini sabah açıqlayacaq.

7NEWS.az

RƏYLƏR